“Taliban” daha 14 əfqan hərbçisini azad edib

“Taliban” daha 14 əfqan hərbçisini azad edib
  • Clock-gray 09:20
  • calendar-gray 22 İyun 2020

“Taliban” daha 14 əfqan hərbçisini azad edib.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə hərəkatın Qətərdəki rəsmi ofisinin nümayəndəsi Suheyl Şahin “Twitter”də yazıb.

Bundan əvvəl Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal bildirmişdi ki, Əfqanıstan hökuməti 3 minədək “Taliban” üzvünü azad edib. “Taliban” isə ən azı 5 min üzvünün azad olunmasını tələb edir.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Bu saziş əsasında Əfqanıstandakı qüvvələr arasında danışıqlar martın 10-dan başlamalıydı. Qarşılıqlı etimad yaratmaq məqsədi ilə həbsxanada olan 5 minə yaxın “Taliban” üzvü və "Taliban” tərəfindən əsir götürülmüş min nəfərə yaxın şəxs azad edilməli idi. 

 

apa-logo-mini

Digər xəbərlər