Tanzaniyada daşqınlar zamanı 21 nəfər ölüb

Tanzaniyada daşqınlar zamanı 21 nəfər ölüb
# 02 fevral 2020 05:32 (UTC +04:00)

Tanzaniyanın cənub-şərqində yerləşən Lindi bölgəsinin 21 sakini sel sularının yaratdığı daşqınların qurbanı olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli İTV telekanalı məlumat yayıb.

Bundan əlavə, Kilva şəhərində daşqından ziyan çəkən 500 nəfərin olduğu bildirilir. Hələ də onları təxliyə etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR