Tayvanda qatar qəzasında xəsarət alanların sayı 186-ya çatıb

Tayvanda qatar qəzasında xəsarət alanların sayı 186-ya çatıb
# 03 aprel 2021 21:27 (UTC +04:00)

Tayvanda baş verən dəmir yolu faciəsində xəsarət alanların sayı 186-ya çatıb, 51 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə məlumatı Tayvanın mərkəzi xəbər agentliyi yerli Fövqəladə Əməliyyat Mərkəzinə istinadən yayıb.

Bundan əvvəl hadisə zamanı 146 nəfərin xəsarət aldığı bildirilmişdi. Ölənlər arasında bir Fransa və iki ABŞ vətəndaşı da var, daha dörd cəsədin şəxsiyyəti hələ müəyyən edilməyib. Xəsarət alan sərnişinlər arasında Avstraliya, Çin və Yaponiya əsilli şəxslər var, 40-dan çox yaralı hələ də xəstəxanadadır.

Tayvan administrasiyasının rəhbəri Tsay İnven xəstəxanadakı yaralılara baş çəkmək üçün şənbə günü Hualyan bölgəsinə səfər edib. Hazırda rəsmi qurumlar qəzada ölənlərin ailələrinə veriləcək təzminatın miqdarını müzakirə edirlər, ilkin olaraq məbləğin 5,3 milyon Tayvan dolları (185 min ABŞ dolları) təşkil edəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR