Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsi məzunlarının ilk buraxılış mərasimi keçirilib

Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsi məzunlarının ilk buraxılış mərasimi keçirilib
  • Clock-gray 12:55
  • calendar-gray 23 Sentyabr 2020

Ötən gün Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsi məzunlarının ilk buraxılış mərasimi keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, mərasim fakültənin dekanı, professor Məhbub Taleyinin iştirakı ilə baş tutub. 

Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatının tədrisi ilk dəfə 1993-cü ilə təsadüf edib. O vaxt iki semestrdən sonra fakültə fəaliyyətini dayandırıb. Daha sonra 2007-ci ildə fakültativ bir fənn kimi yenidən tədris edilməyə başlanıb. Nəhayət, 2016-cı ildə müstəqil ixtisas kimi tələbə qəbuluna başlanılıb. 

Ötən gün həmin fakültədən məzun olan tələbələr 2016-cı ildə qəbul olan abituriyentlər olublar.

İran universitetlərində tədris edilən digər fakültələrdən fərqli olaraq, Azərbaycan dili və ədəbiyyatı fakültəsinin məzunları özəl məktəb və kolleclərdə təhsil infrastrukturunun və əmək bazarında bu ixtisasa tələbatın olmaması problemi ilə üzləşirlər. Bu da öz növbəsində vətəndaşların bu ixtisasın seçimi ilə bağlı qərarına ciddi təsir edir.

Süleyman Fərzəliyev

Digər xəbərlər