Tehranda tibbi maskadan istifadə məcburi olub

Tehranda tibbi maskadan istifadə məcburi olub
# 07 oktyabr 2020 11:59 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərində tibbi maskadan istifadə məcburi olub.

APA-nın yerli bürosunun məlumatına görə, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi bildirib ki, şənbə günündən etibarən Tehranda tibbi maskadan istifadə məcburi olacaq.

Onun sözlərinə görə, maskadan istifadə etməyənlər cərimələnəcək.

Nazir müavini deyib ki, cərimələrin miqdarının müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

İ. Hərirçi küçəyə çıxan koronavirus xəstələrinin cəzalandırılmasına dair qərar layihəsinin də hazırlandığını və həmin şəxslərə qarşı ciddi cəzaların nəzərdə tutulduğunu açıqlayıb.

“Bizi insanların ziddiyyətli davranışları narahat edir. Məktəblərin və iş yerlərinin bağlanması o demək deyil ki, əhali səyahət etməlidir, yaxud da ticarət, alış-veriş mərkəzlərinə və digər ictimai yerlərə daha çox getməlidir. Əgər qeyd edilən yerlər bağlanırsa, bunun məqsədi insanların evdə qalmasıdır. Hazırda ölkənin əksər vilayətləri “qırmızı” və “risk” kateqoriyasına daxil olublar”, - deyə nazir müavini vurğulayıb.

O, çarpayı çatışmazlığı probleminin də olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR