Terror hücumunda 4 türk hərbçi şəhid olub

Terror hücumunda 4 türk hərbçi şəhid olub
# 09 yanvar 2020 04:10 (UTC +04:00)

Türkiyənin həyata keçirdiyi "Barış bulağı" hərbi əməliyyatları çərçivəsində 4 türk hərbçisi şəhid olub.

APA-nın yerli bürosunun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Şanlıurfa vilayətinin Ceylanpınar rayonuna qonşu olan Suriyanın Rasulayn bölgəsində Türkiyənin nəzarət nöqtəsinə içərisində bomba yerləşdirilmiş avtomobillə terror hücumu olub.

Təhlükənin qarşısını almaq üçün yaxınlaşan 4 hərbçi güclü partlayış nəticəsində həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR