Terrorçular Suriyadakı neft anbarına hücum edib

Terrorçular Suriyadakı neft anbarına hücum edib
# 28 yanvar 2020 05:01 (UTC +04:00)

Suriyanın Baniyas şəhərində terrorçular neft obyektlərinə partlayıcı maddələrdən istifadə yolu ilə hücum ediblər.

APA xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi olan “SANA” ölkənin Neft Nazirliyinə istinadən məlumat yayıb.

“Neft Nazirliyi: terrorçular və onları dəstəkləyənlər yenidən Suriyadakı neft sənayesinə hücum ediblər. Zərbə Baniyasada - dənizdə yerləşən neft obyektlərinə edilib”, - deyə agentlik bildirib. Partlayıcı qurğuların dalğıclar tərəfindən quraşdırıldığı aydınlaşıb.

Agentliyin məlumatına görə, təmir qrupları artıq iş aparır və neft yükləmə stansiyasının fəaliyyətini bərpa etmək üçün problemlər aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR