Tokayev Qazaxıstanda ABŞ hərbi bazasının inşasının müzakirə mövzusu olmadığını bildirib

Tokayev Qazaxıstanda ABŞ hərbi bazasının inşasının müzakirə mövzusu olmadığını bildirib
  • Clock-gray 07:16
  • calendar-gray 03 İyun 2020

Qazaxıstanda ABŞ hərbi bazasının inşası gündəmdə olan müzakirə mövzusu deyil. 

APA-nın məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində bildirib.

O əlavə edib ki, Nursultan və Vaşinqton silahsızlaşdırma və nüvə silahının yayılmaması mövzusunda daim əlaqə saxlayır: “Eyni zamanda Qazaxıstan və ABŞ arasında enerji, investisiya, texnologiya kimi strateji sahələr uğurla inkişaf etməkdədir”.

Prezidentin sözlərinə görə, iki ölkənin Almatıdakı keçmiş vəba əleyhinə institutun bazasında bioloji təhlükəsizlik sahəsində birgə çalışmaları olub, lakin hazırda müqavilənin müddəti bitdiyindən ABŞ mütəxəssisləri laboratoriyanı tərk ediblər: “Hazırda laboratoriyada öz büdcəmiz hesabına yalnız Qazaxıstan mütəxəssisləri çalışır. Bu sahədə araşdırmaların aktuallığını nəzərə alaraq Rusiya mütəxəssisləri ilə maksimum dərəcədə şəffaf əməkdaşlığa hazırıq".

Xatırladaq ki, may ayının əvvəlində Qazaxıstan Xarici İşlər Nazirliyi ölkədə bioloji laboratoriyaların fəaliyyəti ilə bağlı mediada yayılan məlumatların heç bir əsası olmadığını bildirmişdi. Bununla belə, nazirlik bioloji təhdidlərin transsərhəd xarakterini nəzərə alaraq, Qazaxıstanın, o cümlədən Almatıdakı sözügedən laboratoriyanın beynəlxalq əməkdaşlığa açıq olduğunu vurğulamışdı.

 

Rəşad Sarıyev

Digər xəbərlər