Tonqa Krallığında 5.6 bal gücündə zəlzələ olub

Tonqa Krallığında 5.6 bal gücündə zəlzələ olub
# 31 iyul 2020 03:40 (UTC +04:00)

Tonqa Krallığının Sakit Okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Ocağı 10 km dərinlikdə yerləşən zəlzələnin episentri Vavau adasında yerləşən Neiafu şəhərindən 72 km cənub-şərqdə qeydə alınıb.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR