Türkiyə DİN mayın 11-də fəaliyyəti bərpa olunacaq ticarət obyektlərinə göstəriş verib

Türkiyə DİN mayın 11-də fəaliyyəti bərpa olunacaq ticarət obyektlərinə göstəriş verib
# 08 may 2020 03:10 (UTC +04:00)

Türkiyə Daxili İşlər Nazirliyi mayın 11-dən 81 vilayətdə fəaliyyəti bərpa olunacaq ticarət obyektlərinə göstəriş verib.

APA-nın yerli bürosunun nazirliyə istinadən xəbər verir ki, mayın 11-də yerli vaxtla saat 09.00-da açılacaq dan satış yerlərində (geyim, oyuncaq, bitki, qab-qacaq və xırdavat əşyaları satışı ilə məşğul olan obyektlər) koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qadağalara ciddi əməl edilməlidir.

Bildirilib ki, sözügedən obyektlərdə insanlar arasındakı məsafə 3 metrdən az olmamalıdır və satıcılar maska ilə fəaliyyət göstərməlidirlər, eyni zamanda gigiyenik qaydalara əməl etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR