Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib - YENİLƏNİB

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib - YENİLƏNİB
  • Clock-gray 10:32
  • calendar-gray 23 Fevral 2020

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

***

saat 10.11

Bu gün səhər saatlarında İranda güclü zəlzələ olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date