Türkiyə Müdafiə Nazirliyi: “Körpələri qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yandırıb”

Türkiyə Müdafiə Nazirliyi: “Körpələri qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yandırıb”
# 22 noyabr 2020 08:16 (UTC +04:00)

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi twitter səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda bildirilib.

Ağdamın mərkəzindəki məsciddə oxunan ilk azanın səsinə də yer verilən videomaterialın təqdimatında “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün fəaliyyət başlanıb”, deyə qeyd edilib.

Eyd edək ki, sözügedən videogörüntü bir çox sosial şəbəkələrdə də paylaşılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR