Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvanla sərhəd-keçid məntəqəsində hərəkəti məhdudlaşdıracaq

Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvanla sərhəd-keçid məntəqəsində hərəkəti məhdudlaşdıracaq
# 23 fevral 2020 17:44 (UTC +04:00)

Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F. Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkət məhdudlaşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR