Türkiyə Prezidenti Cavad Zərifi qəbul edib - YENİLƏNİB

Türkiyə Prezidenti Cavad Zərifi qəbul edib - YENİLƏNİB
# 29 yanvar 2021 16:15 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbulda Vəhdətdin köşkündə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

Mətbuata qapalı keçirilən görüş davam edir.

***

saat 12:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edəcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Türkiyə Prezidenti İran XİN başçısını cümə namazından sonra qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR