Türkiyə Prezidenti PKK məsələsində ABŞ-ı sərt tənqid edib

Türkiyə Prezidenti PKK məsələsində ABŞ-ı sərt tənqid edib
  • Clock-gray 15:30
  • calendar-gray 15 Fevral 2021

“ABŞ tərəfindən qətliamla bağlı açıqlama verilib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın yanında deyildiniz? Bəs siz YPG-nin yanında deyildiniz? Terrorçuların yanındasınız və arxasındasınız”. 

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, bunu lap əvvəldən görmüşük. Bunlar İraqın şimalına minlərlə “TIR” tank, silah-sursat gətiriblər və bu silah-sursatı terrorçulara təhvil veriblər. Bu terrorçularla bizim təhlükəsizlik xidmətimiz mübarizə aparıb, döyüşüb. İndi vəziyyətdən qaçış yoxdur. Əgər NATO ilə müttəfiqliyimizi davam etdirəcəyiksə, bizə qarşı səmimi olacaqsınız. Terrorçuların yanında durmayacaqsınız”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan ABŞ Prezidenti Co Baydenə də müraciət edib.

“Cənab Bayden, PKK terror təşkilatını yaxşı tanı, FETÖ terror təşkilatının cinayətkar əməllərini də unutma”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı “Pəncə Qartal-2” hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var.

Zümrüd Paşkin

Digər xəbərlər