Türkiyə Prezidentinə koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub

Türkiyə Prezidentinə koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub
  • Clock-gray 16:40
  • calendar-gray 11 Fevral 2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin ikinci dozası vurulub.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu il yanvarın 14-də Rəcəb Tayyib Ərdoğan COVID-19-a qarşı peyvənd olunub.

Xatırladaq ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. Türkiyədə koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.

apa-logo-mini

Digər xəbərlər