Türkiyə Silahlı Qüvvələri Aralıq dənizində genişmiqyaslı hərbi təlim keçirib

Türkiyə Silahlı Qüvvələri Aralıq dənizində genişmiqyaslı hərbi təlim keçirib
# 13 iyun 2020 05:20 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Aralıq dənizinin beynəlxalq sularında genişmiqyaslı hərbi təlim keçirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də Aralıq dənizində keçirilən hərbi təlimlər zamanı Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri birgə manevrlər edib.

Səkkiz saat davam edən hərbi təlimlərdə məqsəd döyüş tapşırıqlarının, peşə vərdişlərinin daha da təkmilləşdirilməsi olduğu vurğulanıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Əməliyyatlar Mərkəzinin Komandanlığı altında keçirilən manevr zonasının ümumi sahəsi təxminən, 200 kvadrat kilometr təşkil edib.

Manevr zamanı döyüş tapşırıqları çərçivəsində təyyarələrin dəniz üzərindən yanacaq doldurulması da yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR