Türkiyə XİN ABŞ Senatı Komitəsinin sanksiya nəzərdə tutan qanun layihəsi ilə bağlı bəyanat yayıb

Türkiyə XİN ABŞ Senatı Komitəsinin sanksiya nəzərdə tutan qanun layihəsi ilə bağlı bəyanat yayıb
# 12 dekabr 2019 10:26 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatı Beynəlxalq Əlaqələr Komitəsinin Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini pisləyən bəyanat yayıb.

APA-nın Türkiyə XİN-ə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilib ki, Türkiyə əleyhdarı olan məlum çevrələr tərəfindən dəstəklənən bu cür təşəbbüslər milli təhlükəsizliklə bağlı suveren qərarlara hörmətsizliyin yeni təzahürüdür.

Bəyanatda bu cür qərarların Türkiyə-ABŞ münasibətlərinə zərər verdiyi vurğulanıb.

“ABŞ Konqresini Türkiyə-ABŞ münasibətlərinə zərər verməyəcək konstruktiv davranış nümayiş etdirməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görə Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

Qanun layihəsində Suriyada hərbi əməliyyatda iştirak edən Türkiyə səlahiyyətlilərinə, xüsusilə Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər nəzərdə tutulur.

Ramal Məmmədli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR