Türkiyə XİN: ABŞ-ın saxta sülh planı ölü doğulub

Türkiyə XİN: ABŞ-ın saxta sülh planı ölü doğulub
  • Clock-gray 02:06
  • calendar-gray 29 Yanvar 2020

“ABŞ-ın saxta sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və  Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik ABŞ Prezidenti Donald Trampın  İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Yaxın Şərqdə 100 illik "Əsrin sövdələşməsi" planında Fələstinlə bağlı mövqeni pisləyib: “Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Qüds qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara icazə verməyəcəyik. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”.

Açıqlamada daha sonra bildirilib ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir: “İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz”.

Qeyd edək ki, Türkiyə Parlamentinin sədri Mustfa Şəntop da ABŞ-ı təktərəfli mövqeyində qınayaraq, bu planın nəticəsiz qalacağını bildirib.

 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər