Türkiyə XİN Almaniyada ölkə vətəndaşlarının öldürülməsi ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Almaniyada ölkə vətəndaşlarının öldürülməsi ilə bağlı bəyanat yayıb
  • Clock-gray 15:47
  • calendar-gray 20 Fevral 2020

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniyanın Hanau şəhərində yerləşən iki kafeyə edilmiş silahlı hücum nəticəsində ölkə vətəndaşlarının öldürülməsi ilə bağlı bəyanat yayıb.

Türkiyə XİN-dən APA-nın yerli bürosuna verilən məlumata görə, bəyanatda bildirilib ki, Hanau şəhərində baş verən hadisə Avropada artmaqda olan irqçiliyin və islamofobiyanın yeni və vahiməli təzahürüdür.

“Bu cür hadisələrin qarşısı alınmalıdır. Əks təqdirdə irqçilik və əcnəbilərə qarşı olan düşmənçilik təhlükəli vəziyyət alacaq. Bunun üçün müvafiq tədbirlər görülməlidir. Artıq bütün Avropa ölkələrinin irqçiliyə qarşı birləşməsinin vaxtı gəlib çatıb. İrqçiliyin bütün növləri ilə mübarizədə lazımi əməkdaşlığı nümayiş etdirməkdə qətiyyətliyik”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Almaniyanın Hanau şəhərində yerləşən iki kafeyə edilmiş silahlı hücum nəticəsində 10 nəfər ölüb. Cinayəti törədən Almaniya vətəndaşı olan radikal sağçı Tobias R. isə evində ölü tapılıb. Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın bildirib ki, silahlı hücumda öldürülənlərdən 5 nəfəri Türkiyə vətəndaşıdır.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date