Türkiyə XİN İsraillə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib

Türkiyə XİN İsraillə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasına münasibət bildirib
# 14 avqust 2020 11:43 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulması ilə bağlı bəyanat yayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, XİN-in bəyanatında bildirilib ki, Türkiyə bununla bağlı Fələstin xalqı və hakimiyyəti tərəfindən göstərilən sərt reaksiyanı haqlı sayır.

“BƏƏ-nin həqiqəti əks etdirməyən və ABŞ planını reallaşdırmaq istədiyi bu davranış Fələstin xalqının iradəsinin əleyhinədir. BƏƏ-nin İsraillə anlaşaraq Fələstin əleyhinə qərar verməsini qınayırıq. Bu xəyanəti tarix unutmayacaq və bölgə xalqları bağışlamayacaq”, - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR