Türkiyə XİN: “Türkiyə prezident seçkiləri və referendum nəticələrinin Qırğızıstanda faydalı olmasını diləyir”

Türkiyə XİN: “Türkiyə prezident seçkiləri və referendum nəticələrinin Qırğızıstanda faydalı olmasını diləyir”
# 11 yanvar 2021 01:38 (UTC +04:00)

“10 yanvar 2021-ci ildə Qırğızıstanda keçirilən erkən Prezident seçkiləri və Qırğızıstan Respublikasının inzibati sisteminə dair referendumun təhlükəsizlik şəraitində başa çatmasından məmnunuq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyə Qırğızıstandakı demokratik prosesin əhatəli şəkildə və cəmiyyətin razılığı nəticəsində atılan addımları dəstəkləyəcək: “Prezident seçkiləri və referendum nəticələrinin dost və qardaş Qırğızıstan üçün faydalı olmasını diləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR