Türkiyə XİN başçısı: “İraqda sülhün təmin olunmasına dəstək verəcəyik”

Türkiyə XİN başçısı: “İraqda sülhün təmin olunmasına dəstək verəcəyik”
# 09 yanvar 2020 18:10 (UTC +04:00)

“Türkiyə İraqın təhlükəsizliyinin təminatı üçün yenə də dəstək verməyə hazırdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bağdadda iraqlı həmkarı Məhəmməd Əli əl-Həkimlə birgə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təlimatı əsasında ölkəsi İraqla birgə əməkdaşlığı davam etdirmək niyyətindədir və xarici qüvvələrin İraqdan münaqişə zonası olaraq istifadəsinin əleyhinədir: “Regiondakı gərginliyi azaltmaq üçün danışıqlarımız davam edir. General Süleymaninin ABŞ tərəfindən hədəfə alınması, sonradan İraqdakı hərbi bazaların İran tərəfindən vurulması gərginliyə yol açıb. Bu gərginliyin tamamilə aradan qaldırılması üçün fəaliyyətimizi artırmalıyıq. Bu mövzuda İraq Prezidenti və Baş Nazir ilə də danışıqlarımız olub. Biz İraqda sülh və rifahın təmin olunmasına dəstək verəcəyik. Hər zaman qardaş İraq xalqının yanındayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR