Türkiyə XİN sözcüsü: “Rəsmi İraqın PKK ilə mübarizəmizə dəstək olacağına ümid edirik”

Türkiyə XİN sözcüsü: “Rəsmi İraqın PKK ilə mübarizəmizə dəstək olacağına ümid edirik”
# 18 iyun 2020 23:32 (UTC +04:00)

"Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında terrorçulara qarşı apardığı əməliyyatlar Türkiyənin milli təhlükəsizliyini qorumağa xidmət edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Hami Aksoy bildirib.

Diplomat deyib ki, TSQ-nin “Pəncə-Qartal” və “Pəncə Pələng” hərəkatları həm də İraqın ərazi bütövlüyü və suverenliyini təhlükə altında qoyan PKK terror təşkilatını hədəfə alır: “Bu məsələlər Bağdaddakı səfirimiz tərəfindən rəsmi İraqa çatdırılıb. Ümid edirik ki, qonşu İraq PKK ilə mübarizəmizdə Türkiyəyə dəstək olacaq” .

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında iyunun 14-dən “Pəncə Qartal” hərəkatı ilə havadan, iyunun 17-dən isə “Pəncə Pələng” əməliyyatı ilə qurudan hücumlarla PKK terror təşkilatı ilə mübarizəyə başlayıb.

İraq hökuməti bu gün Türkiyənin Bağdaddakı səfirini çağıraraq TSQ-nin əməliyyatlarına etirazını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR