Türkiyə XİN: Avstraliyanın gec də olsa, verdiyi ədalətli qərarı alqışlayırıq

Türkiyə XİN: Avstraliyanın gec də olsa, verdiyi ədalətli qərarı alqışlayırıq
  • Clock-gray 04:20
  • calendar-gray 18 Dekabr 2019

Türkiyənin Xarici İşlər Nazirliyi 39 il öncə Sidneydə Türkiyənin Baş Konsulu Şarık Arıyak və Hərbi Attaşe Engin Serveri qətlə yetirən cinayətkarların tapılması ilə bağlı Avstraliyanın ədalətli qərar verməsini təqdir edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Avstraliya polisi illər öncə Türkiyənin Sidneydəki diplomatlarının ASALA erməni terror təşkilatı tərəfindən qətlinə dair istintaq materiallarının yenidən açılmasına dair qərar verib. 

Qeyd olunub ki, ASALA, JCAG ve ARA adlı erməni terror təşkilatlarının hücumlarında 58 Türkiyə vətəndaşı, o cümlədən 31 diplomat və ailə üzvü öldürülüb: “1980-ci ilin 17 dekabrından 25 dekabrınadək erməni terrorçuları əcnəbilər də daxil olmaqla, 77 insanı qətlə yetirib, yüzlərlə insan yaralayıb. Terror hücumlarının baş verdiyi Qərb ölkələrində aparılan istintaq araşdırmalarının əksəriyyəti  bu günədək nəticəsiz qalıb və cinayətkarlar tapılmayıb. Bu qanlı hadisələrlə bağlı gec də olsa, ilk dəfədir ki, Avstraliya tərəfindən belə bir ədalətli qərarın verilməsi təqdirəlayiqdir. Güman edirik ki, bu qərar şəhidlərimizin yaxınlarına, əzizlərinə böyük təsəlli olar. Ümid edirik ki, ən qısa zamanda erməni terrorçularının qətlinə məruz qalan digər diplomatlarımızla bağlı başqa ölkələr də oxşar addımlar atacaq”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər