Türkiyə XİN: Regionda artmaqda olan ABŞ-İran gərginliyindən narahatıq

Türkiyə XİN: Regionda artmaqda olan ABŞ-İran gərginliyindən narahatıq
  • Clock-gray 17:49
  • calendar-gray 03 Yanvar 2020

Regionda artmaqda olan ABŞ-İran gərginliyindən dərin narahatlıq keçiririk.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İran generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı yaydığı açıqlamada bildirilib.

“Xüsusilə İraqın münaqişə zonasına çevrilməsinin həm İraqın, həm də regionun sülh və sabitliyinə zərər vuracağı xəbərdarlığını təkrar vurğulayırıq. İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaniyə qarşı bu gün səhər saatlarında ABŞ hərbi qüvvələrinin Bağdadda həyata keçirtdiyi əməliyyat regionda inamsızlığı artıracaq”, - deyə açıqlamada qeyd olunub.

Açıqlamada regionda sabitliyi təhdid edən bu kimi addımlardan bütün tərəflərin zərər görəcəyi də vurğulanıb: “Türkiyə regionda xarici müdaxilələrə, sui-qəsdlərə və məzhəbçi münaqişələrə hər zaman qarşı olub. Buna görə də bütün tərəfləri bölgəmizin sülh və sabitliyini təhlükəyə atacaq birtərəfli addımlardan çəkinməyə və diplomatik yollara üstünlük verməyə dəvət edirik”.

apa-logo-mini

Digər xəbərlər