Türkiyə parlamentində İdliblə bağlı qapalı iclas keçirilir

Türkiyə parlamentində İdliblə bağlı qapalı iclas keçirilir
# 03 mart 2020 16:15 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisində (TBMM) İdliblə bağlı qapalı iclas keçirilir.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Hulusi Akar və Xarici İşlər naziri Mövlud Çavuşoğlu parlamenti məlumatlandıracaqlar.

İclasın protokolları 10 il müddətində gizli qalacaq.

Qeyd edək ki, Türkiyə parlamentində sonuncu dəfə qapalı iclas 5 il əvvəl keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR