Türkiyə təkrar Beynəlxalq Dənizçilik Təşkilatının Şura üzvlüyünə qəbul edilib

Türkiyə təkrar Beynəlxalq Dənizçilik Təşkilatının Şura üzvlüyünə qəbul edilib
  • Clock-gray 03:18
  • calendar-gray 30 Noyabr 2019

 

Londonda keçirilən Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) 31-ci Baş Katibliyinin toplantısı çərçivəsində Türkiyə bu qurumun Şura Üzvlüyünə təkrar seçilib. 

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla da Türkiyə Birləşmiş Millətlər Təşkilatının dəniz təhlükəsizliyi, dəniz mühitinin qorunması və dəniz məsələləri üzrə ixtisaslaşmış qurumu olan IMO-da mövqeyini bir daha möhkəmlədib.

 Qeyd edək ki, Türkiyə ilk dəfə 1999-cu ildən IMO-da Şuraya üzv seçilib. İki ildən bir Şura üzvlüyünə seçkilər təkrarlanır. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date