Türkiyə və Kanada XİN başçılarının telefon danışığı olub

Türkiyə və Kanada XİN başçılarının telefon danışığı olub
# 12 aprel 2021 16:58 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Kanadanın xarici işlər naziri Mark Qarno arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər ikitərəfli əlaqələr barəsində fikir mübadiləsi aparıblar.

M. Çavuşoğlu müdafiə sənayesi sahəsində Kanadanın Türkiyəyə qarşı məhdudiyyət tətbiq etməsindən narazılığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR