Türkiyədə CHP-nin Qadınlar Təşkilatına yeni sədr seçilib

 Türkiyədə CHP-nin Qadınlar Təşkilatına yeni sədr seçilib
# 10 avqust 2020 02:14 (UTC +04:00)

Türkiyənin aparcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) Qadınlar Təşkilatının sədri seçilib.

APA-nın yerli bürosunun xəbərinə görə, CHP-nin Qadınlar Təşkilatının sədr seçkilərilə bağlı keçirilən fövqəladə qurultayında siyasətçi Aylin Nazlıaka 514 səsdən 308-ni qazanaraq qalib olub.

Hazırkı sədr Fatma Köse isə 206 səs qazanıb.

Qeyd edək ki, Türk iş qadını Aylin Nazlıaka 2011 və 2015-ci illərdə CHP-nin namizədliyilə millət vəkili olub, 2016-cı ildə partiyadan xaric edilib, 2019-cu ildə partiyanın qərarı ilə yenidən CHP-yə qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR