Türkiyədə COVID-19-a yoluxanların sayı 3 mini keçib

Türkiyədə COVID-19-a yoluxanların sayı 3 mini keçib
# 13 noyabr 2020 20:36 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 93 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 149 942 şübhəli koronavirus testindən keçib, onlardan 3045-nin cavabı pozitiv çıxıb, 2010 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3256 nəfər olub.

Türkiyədə indiyədək 407 939 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 326 nəfər ölüb.

Qeyd edək ki, nazir COVID-19-la bağlı peyvənd fəaliyyətlərində xeyli irəliləmələr olduğu üçün tibbi maskanın yaxın zamanlarda həyatımızdan çıxacağını bildirib.

Nazir eyni zamanda tədbirlərə əməl etmə ehtiyatını əldən verməməyin vacibliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR