Türkiyədə COVID-19-dan 159 nəfər ölüb

Türkiyədə COVID-19-dan 159 nəfər ölüb
# 20 yanvar 2021 21:21 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 159 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 435 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 932, ağır xəstələr isə 2 102 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 406 216 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 283 919 nəfər sağalıb, 24 487 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR