Türkiyədə COVID-19-dan 164 nəfər ölüb

 Türkiyədə COVID-19-dan 164 nəfər ölüb
  • Clock-gray 21:58
  • calendar-gray 18 Yanvar 2021

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 164 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 5 862 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 905, ağır xəstələr isə 2183 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 392 963 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 270 769 nəfər sağalıb, 24 161 nəfər isə ölüb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər