Türkiyədə COVID-19-dan daha 86 nəfər ölüb

Türkiyədə COVID-19-dan daha 86 nəfər ölüb
  • Clock-gray 21:28
  • calendar-gray 11 Noyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 86 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib. 

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda  145 989 şübhəli koronavirus testindən keçib, onlardan 2693-nün cavabı pozitiv çıxıb, 2112 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı  3095 nəfər olub.   

Türkiyədə indiyədək 402 053  nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 145 nəfər ölüb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər