Türkiyədə COVID-19-dan son sutkada 241 nəfər vəfat edib

Türkiyədə COVID-19-dan son sutkada 241 nəfər vəfat edib
# 19 dekabr 2020 22:15 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 241 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda koronavirus testindən 173 132 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 22 195 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 25 516 olub. Ağır xəstə sayı dünənlə müqayisədə 2096 nəfər azalaraq 5501 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 004 285 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 779 068 nəfər sağalıb, 17 851 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR