Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb
# 27 dekabr 2020 21:21 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 205 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 21 196, ağır xəstə sayı isə 4309 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 147 578 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 105 230 nəfər sağalıb, 19 878 nəfər isə ölüb.

COVID-19-la mübarizə tədbirləri nəticəsində yoluxma və bu infeksiyadan səhhəti ağır olan xəstələrin sayında azaldığını vurğulayan nazir yaxın günlərdə ölüm sayında da azalma müşahidə ediləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR