Türkiyədə COVID-19-dan son sutkada 256 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 256 nəfər ölüb
# 25 dekabr 2020 21:11 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 256 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 17 453 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 19 371, ağır xəstə sayı isə 4702 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 118 255 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 970 803 nəfər sağalıb, 19 371 nəfər isə ölüb.

F.Qoca bildirib ki, xəstə sayının azalması xəstəxanaların gərgin iş fəaliyyətinin yüngüləşməsinə səbəb olub. Nazir bu müsbət irəliləmənin yaxın günlərdə ölüm sayının azalmasına da təsir edəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR