Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 1296 nəfərə çatıb

Türkiyədə COVID-19 diaqnozu ilə ölənlərin sayı 1296  nəfərə çatıb
# 13 aprel 2020 20:22 (UTC +04:00)

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 98 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter səhifəsində yazıb.

Nazir deyib ki, son 24 saatda 34456 şübhəli koronavirus testindən keçib, onlardan 4093-nün cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1296 nəfər ölüb, 61049 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1786 nəfəri reanimasiyadadır, 3957 nəfərin isə müalicəsi müsbət nəticə verib.

Bu gün müalicə olunan 511 xəstə evə buraxılıb.

F.Qoca həmçinin Türkiyədə indiyə qədər 410556 nəfər testdən keçdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR