Türkiyədə COVID-19 üzrə son statistika açıqlanıb

Türkiyədə COVID-19 üzrə son statistika açıqlanıb
# 13 fevral 2021 21:43 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 93 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 706 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 215, ağır xəstələr isə 1 235 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 579 896 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 468 419 nəfər sağalıb, 27 377 nəfər isə vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR