Türkiyədə Rusiya səfirinin qətlində təqsirli bilinən 5 nəfərə ömürlük həbs verilib

Türkiyədə Rusiya səfirinin qətlində təqsirli bilinən 5 nəfərə ömürlük həbs verilib
# 09 mart 2021 18:12 (UTC +04:00)

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ankara məhkəməsinin hökmü ilə təqsirləndirilənlərdən 5 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Qətldə təqsirləndirilən 9 nəfər isə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

İş üzrə təqsirləndirilən 5 nəfərə bəraət verilib, daha 9 nəfər isə axtarışadır.

Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR