Türkiyədə bayram günləri yol qəzalarında 60 nəfər ölüb

Türkiyədə bayram günləri yol qəzalarında 60 nəfər ölüb
# 05 avqust 2020 12:13 (UTC +04:00)

Türkiyədə Qurban bayramı günlərində yol qəzalarında 60 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, bayram günləri ölkənin 29 vilayətində yol qəzaları baş verib.

Nazir müavini qeyd edib ki, iyul ayında Türkiyə DİN-in keçirdiyi əməliyyatlar nəticəsində 105 terrorçu zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR