Türkiyədə bir gündə 63 mindən çox insanda COVID-19 aşkarlanıb, 289 nəfər ölüb

Türkiyədə bir gündə 63 mindən çox insanda COVID-19 aşkarlanıb, 289 nəfər ölüb
# 16 aprel 2021 20:50 (UTC +04:00)

Türkiyədə son sutkada 63 082 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 289 nəfər COVID-19-dan dünyasını dəyişib.

Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir, 3205 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4150039 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 591 550 nəfəri müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR