Türkiyədə bir gündə koronavirusdan 59 nəfər ölüb

Türkiyədə bir gündə koronavirusdan 59 nəfər ölüb
# 05 may 2020 20:10 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 59 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 33283 şübhəli koronavirus testindən keçib, onlardan 1832-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3520 nəfər ölüb, 129491 nəfər bu infeksiyaya yoluxub, 73285 nəfəri isə müalicə olunub. Bu gün 5119 xəstə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR