Türkiyədə bu gün COVID-19-dan 203 nəfər ölüb

Türkiyədə bu gün COVID-19-dan 203 nəfər ölüb
# 07 dekabr 2020 21:10 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 203 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 196 902 nəfər koronavirus testindən keçib, 6420 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 137 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə 819 nəfər artaraq 5836 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 545 711 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 103 nəfəri ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR