Türkiyədə bu gün koronavirusdan 17 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 17 nəfər ölüb
# 02 iyul 2020 22:04 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 49714 şübhəli koronavirus testindən keçib, onlardan 1186-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1543 xəstə sağalıb.

Türkiyədə indiyədək 202 284 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5167 nəfər ölüb, 176 965 nəfər isə müalicə olunaraq sağalıb.

Nazir bildirib ki, ən çox yoluxmaya İstanbul, Ankara, Gaziantep, Konya və Bursada rast gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR