Türkiyədə bu gün koronavirusdan 62 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 62 nəfər vəfat edib
# 05 mart 2021 23:26 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 62 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 302 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 711, ağır xəstələr isə 1232 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 757 460 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 68 848 nəfər sağalıb, 28 901 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR