Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 63 nəfər ölüb
  • Clock-gray 22:23
  • calendar-gray 16 Sentyabr 2020

Türkiyədə son sutka ərzində koronavirusdan 63 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd  edib ki, son 24 saatda  112 645  şübhəli koronavirus testindən keçib, onlardan 1771-nin  cavabı pozitiv çıxıb.

F.Qoca ağır xəstə sayının artmasından narahatlığını ifadə edib. Bu gün ağır xəstənin   1351 nəfər olduğunu, 1342   xəstənin isə sağalaraq evə buraxıldığını deyib. 

Türkiyədə ümumilikdə 296 391  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 262 602 nəfər sağalıb, 7249  nəfər ölüb.

Nazir Türkiyədə “Həyat Evə Sığar” (HES) mobil proqramının telefonlara kütləvi yüklənməməsindən narazılığını ifadə edib. Buna baxmayaraq, F.Qoca bildirib ki, COVİD-19-a yoluxub özünü təcrid etməyən 140 min nəfərin HES-kodu vasitəsilə xəstəliyi yayma təhlükəsinin qarşısı alınıb.

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər