Türkiyədə bu gün koronavirusdan 69 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 69 nəfər  vəfat edib
# 01 mart 2021 23:28 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 69 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9891 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 5947, ağır xəstələr isə 1215 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 711 479 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 578 181 nəfər sağalıb, 28 638 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR