Türkiyədə bu gün koronavirusdan 71 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 71 nəfər vəfat edib
# 27 fevral 2021 22:16 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 71 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 9193 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 8938, ağır xəstələr isə 1187 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 693 164 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 565 723 nəfər sağalıb, 28 503 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR