Türkiyədə bu gün koronavirusdan 75 nəfər vəfat edib

Türkiyədə bu gün koronavirusdan 75 nəfər vəfat edib
# 24 fevral 2021 00:04 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 75 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 107 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 546, ağır xəstələr isə 1185 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 655 633 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 534 996 nəfər sağalıb, 28 213 nəfər isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR